“Qızıl top” mənim əlimdə deyil”

“Qızıl top” mənim əlimdə deyil”

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçu son bir ildə İngiltərə millisi və Münhen klubunun heyətində keçirdiyi 67 matçda 73 qol vurub.

O, bu mükafatın hər futbolçu üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:

“Qızıl top” futbolçunun qazana biləcəyi ən böyük fərdi mükafatdır.

Bu, mənim əlimdə deyil. Oyun baxımından edə biləcəyim hər şeyi etmişəm. Təbii ki, mükafatı qazanmaq çox gözəl olardı. Lakin qərarın verilməsinə hələ 2-3 ay var.

“Bavariya” və İngiltərə millisi ilə əldə etdiklərimlə fəxr edirəm. Hazırda mənim üçün əsas məsələ yeni mövsümə köklənməkdir. Böyük arzularımız və hədəflərimiz var”.

“Qızıl top”un 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Həmin kateqoriyadan