- Baxış sayı: 44
- 14 Avqust 2026 10:46
- Baxış sayı: 586
- Avqust 12, 2026
- 0

İtaliyalı hücumçu Ciro İmmobile 36 yaşında futbolçu karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, bu barədə forvardın son klubu “Paris” məlumat yayıb.
İmmobilenin Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, tərəflər sözləşməyə vaxtından əvvəl xitam veriblər.
Karyerası ərzində “Latsio”, “Borussiya” (Dortmund), “Yuventus”, “Beşikdaş”, “Sevilya”, “Torino”, “Cenoa”, “Bolonya”, “Peskara”, “Qrosseto”, “Siena” və İtaliya millisində çıxış edən İmmobile “A” seriyasında 4 dəfə bombardir olub.
O, 2020-ci ildə “Qızıl buts” mükafatını qazanıb, İtaliya millisi ilə AVRO-2020-nin qalibi olub. İmmobile həmçinin 207 qolla “Latsio”nun tarixində ən çox qol vuran futbolçudur.