“Zirə” Türkiyədə “Göztəpə” ilə heç-heçə edib

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qartallar” qardaş ölkənin “Göztəpə” klubu ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın ilk dəqiqələrindən sürətli hücumlar həyata keçirən Adil Şükürovun rəhbərlik etdiyi kollektiv tezliklə hesabı açıb. Təmkin Xəlilzadənin qapı qarşısına ötürməsindən sonra müdafiəçilər topu uzaqlaşdıra bilməyiblər və kapitan Elvin Məmmədov dəqiq zərbə endirib. Ancaq fasilədən sonra rəqib hesabı bərabərləşdirib. Beləcə, oyun heç-heçə başa çatdı.

Qeyd edək ki, “Zirə” sabah səhər bərpa məşqi ilə Türkiyə toplanışını başa vuracaq. Gecə saatlarında isə komanda Vətənə dönəcək.

Həmin kateqoriyadan