- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Zlatan İbrahimoviç karyerasına son qoyub.
Allsport.az xəbər verir ki, “San-Siro”da 70 min “Milan” azarkeşləri ilə vidalaşan İbrahimoviçdən, oyunsonrası mətbuat konfransında müxbirlərdən biri qəflətən soruşub: “Mino Raiolanın ölümü sizin futboldan getmək qərarınıza hər hansı bir şəkildə təsir etdimi?”
Zlatan isə öz üslubu ilə, gülümsəyərək cavab verdi: “Əgər o burada olsaydı, mən oynamağa davam edərdim”.
Gözlərini göyə qaldırıb gülərək əlavə edib: “Üzr istəyirəm, Mino, amma bu həqiqətdir!”.
Mino Raiola uzun müddətdir ki, Zlatanın meneceri və yaxın dostu idi.
Ötən mövsüm “Milan”la liqa titulunu qazandıqdan sonra Zlatan bunu Minoya həsr edib:
“Bu mövsüm çoxlu problemlərim olub. Bu titulu Mino Raiolaya həsr edirəm. O, mənə deyirdi ki, “Milan”ın yenidən əvvəlki gücünə qayıtması üçün yalnız mən kömək edə bilərəm.
Bu mənim onsuz ilk mükafatımdır”- 41 yaşlı hücumçu deyib.