Əfsanəvi futbolçu İslam dinini qəbul etdi

Niderland millisinin keçmiş ulduz futbolçusu Klarens Zeedorf İslam dinini qəbul edib. Allsport.az saytı xəbər verir ki, o bu barədə özünün İnstaqram hesabında yazıb:

“Müsəlman ailəsinə qoşulmağıma görə gələn təbrik mesajları üçün xüsusi təşəkkür edirəm. İslam dininə qoşulmaqdan çox şadam və məmnunam, xüsusən də mənə İslamın mənasını daha dərindən öyrədən sevimli Sofiyaya. Mən adımı dəyişməmişəm. Valideynlərim tərəfindən verilən Klarens Zeedorf adımı daşımağa davam edəcəyəm! Dünyadakı hər kəsə bütün sevgilərimi göndərirəm”.

Ünlü yarımmüdafiəçi “Ayaks”, “Real” və “Milan”la çempionlar liqasının qalibi olub. O, 3 fərqli klubla bu turniri qazanan yeganə futbolçudur.

Həmin kateqoriyadan