- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Allsport.az xəbər verir ki, çempionlar liqasının 1/4 finalında “Napoli”nin “Milan”a uduzduğu ilk oyundan sonra (1:0) meydan sahiblərinin Şimali makidoniyalı futbolçusu Əlif Almaz matçın baş hakiminə üsyan edib.
Almaz matçın sonunda verdiyi açıqlamada rumıniyalı hakim İştvan Kovacsı günahlandıraraq belə deyib:
“Matçın hakiminə nə deyəcəyimi bilmirəm. O, bütün komandaya sarı vərəqə göstərdi, onlar da bizim etdiyimiz qayda pozuntularını etdilər, amma vərəqə almadılar. Bu, görünməmiş hadisədir. Ona görə də komanda olaraq gərginlik . oyunumuz oldu”.
Qarşılaşmada “Napoli”dən Zielinski, Di Lorenzo, Kim Minyae, Rrahmani və Anqissaya sarı vərəqə göstərilib.
Milanda baş məşqçi Pioli, Bennaser, Saelemakers və Kalabriya sarı vərəqə ilə cəzalandırılıb.