VİDEO
“Əlimizdən gələni edəcəyik ki, digər oyunları da udaq”

“Neftçi”nin futbolçusu Filyo Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Qəbələ” klubu ilə oyundan sonra fikirlərini klub televiziyasına açıqlayıb. Allsport.az xəbər verir ki, yeganə qolun müəllifi bunları deyib:

“Çox yaxşı oynadıq, həm hücumda, həm də müdafiədə komanda olaraq əlimizdən gələni etdik. Bu oyunu sərgiləmək üçün həftəboyu gərgin hazırlaşmışdıq. Gələcəkdə də bu cür oyunu davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, digər oyunları da udaq. Çünki “Neftçi” yalnız qələbə qazanmaq və birinci yer üçün oynayır”.

Həmin kateqoriyadan