Əmircanov İtaliyada əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Ruslan Əmircanov İtaliyada cərrahiyyə əməliyyatı olunub. Allsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçinın əməliyyatı paytaxt Romada gerçəkləşib.

Əməliyyatı uğurla keçən Əmircanov hazırda bərpa prosesi keçir. Futbolçu mayın 20-dək davam edəcək bərpa prosesindən sonra Vətənə qayıdacaq.

Ruslan “Qəbələ” növbəti mövsümə hazırlığa başlayacağı vaxtda tam hazır olacaq və komandayla birgə çalışmalarda iştirak edəcək. Cari mövsümdə daha öncə İstanbulda əməliyyat olunan Əmircanov bu il əsas komandada yeganə oyununu qış fasiləsindən sonra ilk turda “Bakı”ya qarşı səfər matçında keçirib.

Digər futbolçu – braziliyalı yarımmüdafiəçi Luis Paulo Hilario üçün də meniskdə cərrahiyə əməliyyatı qaçılmazdır. Bu səbəbdən Dodo də mövsümü vaxtından əvvəl başa vurmalı olub.

Həmin kateqoriyadan