- Baxış sayı: 13
- 26 İyun 2026 23:23
- Baxış sayı: 78
- İyun 26, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Polşa “Legiya”sında növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.
Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.
Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Əmrəli “Legiya”da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.