Əmrəlinin klubu uduzdu

Azərbaycan millisinin üzvü Mahir Əmrəlinin də çıxış etdiyi “Legiya” Polşa çempionatında növbəti matçına çıxıb. 

Allsport.az xəbər verir ki, komanda 15-ci turda “Gornik”lə qarşılaşıb. Mahirin komandası 2:3 hesabı ilə uduzub.

Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.

Digərlərindən 2 oyun az keçirən “Legiya” hazırda turnir cədvəlində 9 xalla 17-ci, “Gonik” isə 18 xalla 11-cidir. 

20:30. “Gornik” – “Legiya” – 3:2

Qollar: Yanza, 37, Podolski, 39, Kubiça, 90+6 – Vietska, 52, Muçi, 54

Həmin kateqoriyadan