“Ərimi sənə verirəm”

“Bavariya”nın oyunçusu Luka Hernandezin həyat yoldaşı Amelia Lorente futbolçunu italyan model Kristina Buççino ilə onu aldatmaqda ittiham edib.

Allsport.az xəbər verir ki, Ameliya həyat yoldaşı və Kristinanın fotosunu sosial şəbəkələrə yerləşdirib.

Gözəl şəkilin altına yazıb: “Ərimi sənə verirəm, Kristina Buççino. Unutma ki, bizim iki övladımız var”.

Hekayənin dərcindən sonra İnstaqramda 112 min izləyicisi olan Amelia Lorente futbolçu ilə bütün şəkillərini silib.

38 yaşlı Kristina Buççino 27 yaşlı Hernandezdən 11 yaş böyükdür. “Bavariya”nın oyunçusu həyat yoldaşının səsləndirdiyi ittihamlara hələ ki, cavab verməyib.

Həmin kateqoriyadan