“Əsas odur ki, yaxşı qılınc oynatdım”

“Bu mənim ilk olimpiadam idi, onu 1/8 finalda başa vurdum. Pis nəticə deyil. Əsas odur ki, yaxşı qılıncoynatma nümayiş etdirdim. Özümlə fəxr edirəm. İrəliyə doğru böyük bir addım atdım”. Allsport.az saytının məlumatına görə, bunu Azərbaycan sablyaçısı Anna Başta deyib. Onun sözünə görə, ilk oyunlarım müsbət nəticə, müsbət təcrübə ilə nəticələndi:

Əlbəttə, evə olimpiya çempionu statusu ilə dönmək istəyərdim. Amma olimpiya medalları konfet vazında qoyulmayıb ki, sadəcə yaxınlaşıb götürəsən. Mənim vaxtım hələ qabaqdadır. Bunun üzərində işləyirəm. Şadam ki, olimpiadada ilk görüşümdə qələbə qazandım. Amerikalı Elizabet-Ənn Stouna qalib gəldim. Bu döyüşə bir neçə ay hazırlaşmışam.

Sevinirəm ki, məşqçi ilə qurduğumuz taktika özünü doğrultdu. Bütün bunlar hədər getmədi.  Çox ağır idi. Öz oyun üslubumu diqtə etmək asan olmadı. Rəqib oyun boyu məni sındırmaq, ritmdən çıxarmağa, görüşün axarını dəyişməyə, vaxtı almağa çalışırdı. Hakimlərlə mübahisələr edirdi. Lakin mən buna hazır idim. Nə edəcəyimi bilirdim. O da mənimlə görüşə xüsusi hazırlıqla çıxmışdı. Amma emosiyalarımın öhdəsindən daha yaxşı gəldim”.

25 yaşlı idmançımız 1/8 finalda rusiyalı Olqa Nikitinaya uduzmamaq üçün əlindən gələni etdiyini deyib: “2-ci qarşılaşmam isə təəssüf ki, yenilgi bitdi. Çox ağır səbətə düşmüşdüm. Bəli, üzücü idi. Amma sonadək döyüşdüm. Bilirəm ki, nədə uduzmuşam. Bu da çox vacibdir. Bir az istirahət edib, sonra səhvlərim üzərində çalışacağam”. 

Həmin kateqoriyadan