Əvvəl flaqman, sonra “Baltsan”

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında keçiriləcək “Neftçi” – “Baltsan” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı olacaq.

Allsport.az saytı xəbər verir ki, tədbir iyulun 5-də “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

İyulun 6-da isə “Bakcell Arena”da “Baltsan” klubunun baş məşqçisinin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.

Həmin kateqoriyadan