“İnter” 11 ildən sonra qalib oldu

İtaliya “A” seriyasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib. Allsport.az xəbər verir ki, “İnter” sona 4 tur qalmış yarışın qalibi olub.

34-cü turda keçirilən “Sassuolo” – “Atalanta” matçından (1:1) sonra Milan təmsilçisinin çempionluğu rəsmiləşib.

“Göy-qaralar” 11 ildən sonra çempion olub. Bu, Milan təmsilçisinin 19-cu çempionluğudur.

Son 9 mövsümdə isə “Yuventus” “A” seriyasının qalibi olmuşdu.

Həmin kateqoriyadan