Nüfuzlu Transfermarkt portalı bütün dünya üzrə futbolçuların keçid dəyəri ilə bağlı məlumatları yeniləyib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın “Napoli” klubunun gürcü vingeri Xviça Kvaratsxeliya 25 milyon avro bahalaşıb və hazırda 85 milyon qiymətləndirilir.

Bu, planetdə 2-ci göstəricidir. Ən çox dəyərini, onun komanda yoldaşı Viktor Osimxen yüksəldib. Nigeriyalı hücumçu 70 milyon avrodan 100 milyon avroya yüksəlib.

22 yaşlı Kvaratsxeliya bu mövsüm “mavilər”in heyətində 30 oyuna çıxıb, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan