2 azərbaycanlı atlet Avropa yığmasından ABŞ-a qarşı

Sentyabrın 9-da Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışa start veriləcək. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək rəqabətdə hər 2 komandanın ən güclüləri mübarizə aparacaqlar.

Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev (üçtəkanla tullanma). Siyahıda Türkiyə yığmasında yer alan digər həmyerlimiz Ramil Quliyevin də var. Dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Mücadilə “Dinamo” milli olimpiya stadionunda baş tutacaq. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparacaq.

Həmin kateqoriyadan