- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

AÇ-2020-də 1/4 finalın iki cütlüyü müəyyənləşib. Allsport.az xəbər verir ki, 1/8 finalda Niderlanda 2:0 hesabı ilə qalib gələn Çex Respublikası növbəti mərhələdə Danimarkaya rəqib olub.
Bu komandalar arasında görüş iyulun 3-ü Bakı olimpiya stadionunda keçiriləcək.
1/8 finalın digər qarşılaşmasında isə Belçika son qitə çempionu Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Belçika növbəti mərhələdə İtaliya ilə qarşılaşacaq. Oyun iyulun 2-də Münhendəki “Alyans Arena”da baş tutacaq.