Daha 2 taekvondoçumuz zirvədə

Gənclər arasında keçirilən taekvondo üzrə Avropa 1-ciliyində daha 2 idmançımız fəxri kürsüyə qalxıb.

Allsport.az xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunan qitə 1-ciliyində oğlanlar arasında Səyyad Dadaşov (51 kq), qızlar arasında isə Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

İlk yarış günü isə 45 kq çəki dərəcəsində Pünhan Mürsəlov yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurmuşdur.

Beləliklə, komandamız aktivinnə 2 qızıl və 1 bürünc medal əlavə edib.

Həmin kateqoriyadan