- Baxış sayı: 32
- 25 Aprel 2024 19:00
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
Kipr respublikasının Larnaka şəhəri “Kision Athletic Center” arenasında gənc taekvondoçuların Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, 700-dən çox iştirakçının qatıldığı yarışda millimiz cəmdə 1 qızıl və 1 bürünc medala sahiblənib.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun komandasından Bəhruz Quluzadə (45 kq) 1-ci, Cavad Ağayev (63 kq) 3-cü yer tutub.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qitə birinciliyində iştirak edən komandamız sabah Vətənə dönəcək.