- Baxış sayı: 75
- 08 Noyabr 2026 12:51
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

“3 ildir mükafatçılar sırasında yer almağa səy göstərirdim. Nəhayət, bu dəfə istəyimə çatdım. Gələn il 1-ci olmaq üçün çalışacağam”. Allsport.az saytı xəbər verir ki, bu fikri Bakı marafonunda qadınlarda 3-cü yer tutan Azərbaycan təmsilçisi Anna Yusupova deyib. Onun sözünə görə, finişə çatmaq ona çətin gəlməyib:
“Təşkilatçılıq yüksək səviyyədə idi. Marşrutboyu mənə dəstək göstərən azarkeşlərə minnətdaram. Bundan savayı, yolda müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunmuşdu. Odur ki, 21 kilometr məsafəni qət etməyimi hiss etmədim”.