Füzuli sakinləri ilə görüş

28 aprel – 2 mayda ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2025” beynəlxalq reqatası öncəsi Azərbaycan kanoe və avarçəkmə federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı aprelin 28-də Köndələnçayda təşkil olunacaq tədbir haqda məlumat verilib, tədbirin beynəlxalq reqatanı əhatə etdiyi qeyd olunub. Saat 11:00-dan etibarən maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq.

Eyni zamanda uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılacaq.

Həmin kateqoriyadan