- Baxış sayı: 33
- 02 İyul 2026 17:26
- Baxış sayı: 97
- İyul 01, 2026
- 0

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını London təmsilçisində davam etdirəcək.
Allsport.az saytı xəbər verir ki, “Tottenhem” İtaliya millisinin üzvünün transferi ilə bağlı “Nyukasl”la razılığa gəlib. Transferin dəyəri 117 milyon avro (100 milyon funt sterlinq) olacaq.
Tonali 2023-cü ilin yayında “Milan”dan 70 milyon avro qarşılığında “Nyukasl”a keçmiş və qısa müddətdə komandanın yarımmüdafiəsinin əsas fiqurlarından birinə çevrilmişdi.
İtaliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə “Nyukasl”ın heyətində 53 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.