Belarusda 3-lük

Belarusda 3-lük

Azərbaycan millisinin üzvü Fatimə Alkərəmova Belarus açıq üzgüçülük kubokunda fəxri kürsüyə yüksəlib.

Allsport.az xəbər verir ki, Minskdə keçirilən yarışda təmsilçimiz qarışıq üsulla 400 metr məsafəni 5:11.93 nəticə ilə başa vuraraq bürünc medal qazanıb.

Fatimə Alkərəmova bras üsulu ilə 100 metr məsafədə də şəxsi rekordunu yeniləyib. O, məsafəni 1:17.41 nəticə ilə başa vuraraq əvvəlki ən yaxşı göstəricisini (1:17.50) geridə qoyub.

Belarus açıq üzgüçülük Kuboku iyulun 14-18-də keçirilib. Azərbaycanı yarışda Fatimə Alkərəmova təmsil edib. Onun məşqçisi Yana Xasyanovadır.

Həmin kateqoriyadan