- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Sentyabrın 12-də həndbol üzrə XXXI Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yeni mövsümdə 16 komanda bacarığını nümayiş etdirəcək.
Kişilərdə “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta; qadınlarda “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları qələbə uğrunda mübarizə aparacaqlar.
Gənclər və idman nazirliyi və həndbol federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları paytaxtda “AHF arena”da və Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində keçiriləcək.