- Baxış sayı: 34
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 402
- Avqust 20, 2026
- 0


“Lion”un prezidenti Jan Mişel Olas vəzifəsindən uzaqlaşdırılıb.
Allsport.az xəbər verir ki, bu barədə qərar direktorlar şurasının iclasında qəbul edilib.
Ötən ilin sonunda klubu alan amerikalı iş adamı Con Tekstor direktorlar şurasının rəhbəri olub.
74 yaşlı Mişelin “Lion”in prezidenti və baş direktoru kimi səlahiyyətlərinə xitam verilib.
Olas 1987-ci ildən “Lion”a rəhbərlik edir.
Bu müddət ərzində klub 7-qat Fransa çempionu və 2 dəfə ölkə kubokunun qalibi olub.