4 titul döyüşü məlum oldu

Bu payız Bellator üçün yubiley turnirində 4 titul döyüşü olacaq. Allsport.az saytı xəbər verir ki, Usman Nurməhəmmədov ilə Brent Primus arasındakı qarşıdurma xüsusilə seçilir.

Turnirdə Rayan BeyderLint Vassel də üz-üzə gələcəklər. Yubiley turniri çərçivəsində qadın döyüşləri də baş tutacaq. Yüngül çəki dərəcəsində Kris SayborqKet Zinqano, yüngül çəkidə divizion çempionu Liz Karmuş isə İlim-Ley Makfarleynlə (reytinqdə 2-ci nömrə) qarşılaşacaqlar.

Bellator 300 oktyabrın 7-də San Xosedə keçiriləcək.

Həmin kateqoriyadan