“90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun nümayiş etdirdik”

Azərbaycan millisi Avro-2024-ün seçməsində “F” qrupunda “Dalğa arena”da Belçika futbolçularına 0?1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu açıqlayıb:

“Dünən də dediyim kimi, bizi çox ağır oyun gözləyirdi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun nümayiş etdirdik. Matçda yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq.

İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib komanda ilə görüşdü, hamıya öz təşəkkürünü bildirdi.

Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı.

Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq. Qol epizodları bizdə daha çox oldu. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bu gün 2002-ci il təvəllüdlü oyunçu meydana daxil oldu. Düzgün yoldayıq”.

Həmin kateqoriyadan