“O, aktyorluğu ilə kəmər qazandı”

Amerikalı qarışıq döyüş ustası, 2 çəki dərəcəsində keçmiş UFC çempionu Henri Seyudo may ayında qarşılaşacağı Aljameyn Sterlinq haqqında danışıb.

Allsport.az xəbər verir ki, o, ABŞ-lı idmançını güclü döyüşçü hesab etmədiyini bildirib. Henri bu sözləri söyləyib:

“Sterlinq aktyorluğu ilə kəmər qazandı. O, Petr Yanla ikinci döyüşdə qalib gəldi. Bilmirəm necə oldu, amma bu, hakimlərin günahı ucbatından baş verdi. Aljameyn mənim 32 saniyəyə qalib gəldiyim Dillaşovu məğlub edə bilmədi”.

Döyüşçülər arasında duel mayın 6-da baş tutacaq.

Həmin kateqoriyadan