- Baxış sayı: 30
- 05 May 2026 21:09
- Baxış sayı: 125
- May 04, 2026
- 0

Türkiyə 1-ci liqasında “Ərzurumspor” “Altay”ı qəbul edib.
Allsport.az xəbər verir ki, görüşdə qonaqlar 4:2 hesabı ilə qalib gəliblər. Ərzurumlu Ərən Tozlu 76-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qarşılaşmaya 10 dəqiqə əlavə edən təcrübəli hakim Burağ Olcar, matçı 3 dəqiqə qalmış bitirib. O, fit çalanda hələ dəqiqə 97:45-i göstərirdi.
Oyunun son anlarında maraqlı hadisə yaşanıb.
Yan referinin xəbərdarlığı ilə səhvini anlayan baş hakim gedən futbolçuları saxlayıb, onları yenidən meydana çağırıb.