- Baxış sayı: 35
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 403
- Avqust 20, 2026
- 0


İtaliya “A” seriyasına son vəsiqənin sahibi müəyyənləşib. Allsport.az xəbər verir ki, “B” seriyasının pley-off matçında “Spetsiya” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi “Frozinone”yə eyni hesabla uduzub.
Yarışın əsasnaməsinə görə, “Spetsiya” B seriyasını üçüncü yerdə tamamladığı üçün (“Frozinone” 8-ci yer) qalib elan edilib və “A” seriyasına yüksəlib. “Spetsiya” tarixində ilk dəfə elitada oynamaq hüququ qazanıb.
Daha öncə “B” seriyasından “Benevento” və “Krotone” elitaya birbaşa vəsiqə qazanıb.