BOK-un ingiltərəli həkimi ilə görüş

Beynəlxalq olimpiya komitəsinin ingiltərəli həkimi, professor Mayk Luzmor və “Complexcore” fizioterapiya təşkilatının avstriyalı direktoru Tomas Taro Netzerlə görüş olub.

Allsport.az saytı xəbər verir ki, toplantıda Azərbaycan boks federasiyasında baş katibi Nağı Səfərov, idarə heyətinin üzvü Rövşən Hüseynov, ABF prezidentinin müşaviri Samir Hüseynov, federasiyanın həkimləri Zaur Abdullayev, Leyla Nəsirova, fizioterapevtlər Bəxtiyar MusayevFuad Əliyev iştirak ediblər.

Yığıncaqda gələcək əməkdaşlıq müzakirə olunub. Bundan əlavə, qonaqlarla ətraflı fikir mübadiləsi aparılıb və görüşlərin davamlı olacağı barədə razılıq əldə edilib.

Həmin kateqoriyadan