ABŞ-da MMA döyüşçüsü hərbi pilotu öldürüb, amma həbs olunmayıb

Amerikalı MMA döyüşçüsü Ross Konson ABŞ hərbi hava hüvvələrinin pilotu Davon Larrini öldürüb.

Allsport.az xəbər verir ki, Panama şəhərindəki barların birində Konson və dostları əylənməyə gediblər. İçkinin həddini keçən döyüşcü əyləncə məkanında dava salıb. Həmin anda orda olan Larri döyüşən insanları ayırmağa cəhd edib. Bu zaman Konso pilotun başının arxasına var gücü ilə zərbə endirib.

Davonun kəllə sümüyünün sınığı beyinə qan sızmasına səbəb olub. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri hərbiçini xilas edə bilməyib.

Döyüşçü qətl yerindən qaçaraq polis onu yaxalayana qədər oteldə gizlənib. Lakin bir neçə saatdan sonra idmançı 250 min dollar girov ödəyib və sərbəst buraxılıb.

Həmin kateqoriyadan