- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

24-26 apreldə Türkiyənin Adana şəhərində təşkil edilmiş kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq yarışına yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 1 qızıl və 1 gümüş medal qazanıb. Yığmanın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsadə bir nəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsinə qalxıb.