Adil özündən 18 yaş böyük aktrisa ilə 1 gecədə 12 dəfə cinsi əlaqədə olub

Fransa millisinin keçmiş müdafiəçisi Adil Rami amerikalı aktrisa Pamela Andersonla yaşadığı eşq hekayəsi ilə diqqəti özünə çəkmişdi. Allsport.az xəbər verir ki, DÇ-2018-in qalibi özündən 18 yaş böyük olan sənət adamı ilə evlənməyə hazırlaşırdı.

Ancaq 34 yaşlı futbolçu başqa qadınla sevgilisini xəyanət etdiyi üçün cütlüyün münasibətləri pozulmuşdu.

52 yaşlı aktrisa Adili 2019-cu ildə əfv etsə də, bir neçə həftə sonra onu həyatından silməyə qərar vermişdi.

Hazırda Rusiyanın “Soçi” klubunda oynayan Rami komanda yoldaşlarına Pamela ilə yaşadığı intim həyatdan danışıb. Bu barədə komandanın hücumçusu Aleksandr Kokorin məlumat verib:

“Adil Rami bizə Pamela Andersonla münasibəti barədə çox şey danışdı. Biz ondan intim həyatları barədə soruşduq. Adil bu barədə danışmaqdan utanmadı. O, bildirdi ki, Pamela həyatındakı ən yaxşı qadın olub. Bir gecədə 12 dəfə cinsi əlaqədə olduqlarını söylədi”.

Həmin kateqoriyadan