Adildən 3-cü yer

Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada beynəlxalq turnirində uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.

Finalın bir addımlığında İtaliya idmançısına uduzan Adil nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb. Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb ki, bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.

Həmin kateqoriyadan