“Adımı dəyişmək qərarına gəldim. İndi mənim adım Kral olacaq”

Amerikalı UFC döyüşçüsü Bobbi Qrin mübarizəsindən sonra adını dəyişmək niyyətindən danışıb.

Allsport.az xəbər verir ki, aprelin 22-də Qrin Las Veqasda keçiriləcək UFC turnirində amerikalı Kared Qordona qarşı mübarizə aparacaq.

“Hamıya dedim ki, bu döyüşdən sonra təqaüdə çıxıram. Mən Bobbi Qrin kimi təqaüdə çıxıram demək istədim. Adımı dəyişmək qərarına gəldim. Daha Bobbi Qrin olmayacaq. Mənim adım sadəcə Kral olacaq. Soyadı yoxdur, sadəcə adı. Mənim üçün bu yeni fəslin başlanğıcıdır”-deyə ulduz döyüşcü müsahibəsində deyib.

Həmin kateqoriyadan