- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

AFFA AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı olimpiya stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.
Allsport.az xəbər verir ki, məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Avropa çempionatının A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması Bakıda keçiriləcək. A qrupunun paytaxtımızda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.