AFFA prezidenti: “Böyük nəticədir, tarixi qələbədir. Bu artıq dönüşdür”

“Ay-ulduzlular”ımız Avro-2024-ün seçmə “F” qrupunda Tofiq Bəhramov adına respublika stadionunda İsveç millisinə 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verdi:

“Önəmli oyunlardan biri idi. Futbolçularımızı təbrik edirəm, sizləri təbrik edirəm. Böyük nəticədir, tarixi qələbədir. Azarkeşlərimizi sevindirə bildik.

Bu artıq dönüşdür. Gördüyünüz kimi, ölkə çempionatı da çox maraqlı keçir. Bütün komandalar bir-birilərindən xal alırlar. Düşünürəm ki, bugünkü uğur bunun nəticəsidir”.

Həmin kateqoriyadan