AFFA Rusiya klubunun hücumçusunu milliləşdirmək istəyir

AFFA Rusiyanın “Ximki” klubunun futbolçusu Kamran Əliyevi milliyə cəlb etmək istəyir. Allsport.az xəbər verir ki, bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov mətbuat konfransında məlumat verib.

Onun sözünə görə, 22 yaşlı hücumçu ilə Antalda görüş keçirilib və bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qonşu ölkəyə ezam olunublar. Hələ ki həmvətənimizdən təsdiq cavabı almaq mümkün olmayıb.

Kamran Azərbaycanın U-20 yığmasında keçirdiyi 2 oyunda 1 qol vurub. Əliyev bu mövsüm Rusiya çempionatında 10 oyunda meydana çıxıb və 1 qol vurub.

Həmin kateqoriyadan