- Baxış sayı: 42
- 25 Avqust 2026 17:21
- Baxış sayı: 64
- Avqust 25, 2026
- 0

Sərbəst güləş millimizin İstanbul toplanışı davam edir. Bahadırlarımız qarşıdakı yarışlara səylə hazırlaşırlar. Komandamızın aparıcı üzvlərindən olan Ağahüseyn Mustafayev allsport.az saytına açıqlamasında qarşıdakı məqsədlərdən danışıb:
“Məşqlər qaydasında gedir. Yığmada xoş ovqat var. Ayın 10-12-də “Yaşar Doğu” qran-prisində güləşəcəyəm. Sonra hazırlıq Bakıda davam edəcək. Məlum olduğu kimi, çıxış etdiyim 70 kq olimpiya çəkisi deyil.
Artım da olmur. Bu üzdən, əsas gücü fevralda Romada keçiriləcək Avropa çempionatına qoyacağam. Ötən il finalçı oldum. Bu dəfə də özümü sübut etmək niyyətindəyəm”.