Alabanın “Mançester Siti” ilə oyunda çıxış etməsi gözlənilir

“Real Madrid”in yarımmüdafiəçisi David Alaba çempionlar liqasının yarımfinal mərhələsinin ilk oyunu üçün “Mançester Siti”yə qarşı keçiriləcək səfər matçında yer alacaq.

Allsport.az xəbər verir ki, 30 yaşlı Alaba ÇL-in 1/4 final mərhələsinin 2 oyununda “Çelsi”yə qarşı keçirilən mübarizədə əzələ zədəsi səbəbindən meydandan kənarlaşıb. Yoxlamadan sonra bəlli oldu ki, avstriyalı iki həftədən artıq müşahidədə qalmalıdı. “Siti” ilə ilk matç isə 9 may (20 gün sonra) baş tutacaq.

Həmin kateqoriyadan