- Baxış sayı: 32
- 25 Aprel 2024 23:00
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Niderland paytaxtı Amsterdamda keçirilən akademik avarçəkmə üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da var.
1/4 finalda 24 yaşlı avarçəkən 1-nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 15,820 saniyəyə qət edərək, yürüşün qalibi olub. O, kanadalı Julyen Bahen (07:19.620), isveçrəli Barnabe Delarze (07:22.450), çinli Qanq Qanq Li (07:24.930), meksikalı Xuan Karlos Kabrera (07:26.900) və argentinalı Brayan Rossonu (07:42.370) üstələməyi bacarıb. Aleksandrov ilk “3-lüy”ə düşən kanadalı və isveçrəli idmançılarla birgə yarımfinala yüksəlib. Növbəti mərhələ yürüşləri avqustun 29-da olacaq.
1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə 1/4 final yürüşünə qatılan Cavid Əfəndiyev isə əsas yarımfinallara vəsiqə qazana bilməyib. Finişə 7 dəqiqə 25,840 saniyəyə çatan Əfəndiyev 4-cü yeri tutub. İlk “3-lüy”ə düşən almaniyalı Lars Hartiq (07:13.670), İrlandiyalı Paul O Donovan (07:14.760) və danimarkalı Steffen Yensen (07:25.840) yarımfinala yüksəlib. Əfəndiyev ən yaxşı halda 13-cü yer uğrunda mübarizə apara bilər.
Nəhayət, 2-nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə təsəlli yürüşündə İqor Luçiç – Luka Corceviç dueti finişə 7 dəqiqə 16,410 saniyəyə çata bilib. Bu nəticə ilə 3-cü olan duetimiz ilk 2 yerdən birini tuta bilmədiyindən, mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Onlar 13-cü yer uğrunda yarımfinal yürüşündə isə finişə 6 dəqiqə 56,750 saniyəyə çataraq, 1-ci olublar. Təmsilçilərimiz C finalında çıxış edəcəklər.
Qeyd edək ki, dünya çempionatına avqustun 31-də yekun vurulacaq.