Aleksandr Səmədov Ramil Şeydayevin klubuna keçir

Moskva “Spartak”ından ayrılan Aleksandr Səmədov digər premyer liqa təmsilçisi “Krılya Sovetov”a keçir.

Allsport.az saytı xəbər verir ki, öncə Azərbaycan əsilli yarımmüdafiəçinin Qazaxıstanın “Kayrat” klubuna transferi barədə xəbər yayılsa da, Rusiya mətbuatı onun məhz “samarsılar”la bütün məsələlərdə razılığa gəldiyini yazıb.

Bu barədə məlumatı “Krılya Sovetov”un rəsmisi Aleksandr Şikunov da təsdiqləyib. Qeyd edək ki, adı çəkilən komandana milli futbolçumuz Ramil Şeydayev çıxış edir.

Həmin kateqoriyadan