Alman məşqçi millimizin üzvünü təriflədi

Millimizin üzvü Dmitri Nəzərovun çıxış etdiyi Almaniyanın “Aue” klubunun baş məşqçisi Dirk Şuster açıqlama verib.

Allsport.az xəbər verir ki, 2-ci bundesliqa klubunun çalışdırıcısı heyətdəki futbolçulardan razılıq edərkən, Nəzərovun da adını qeyd edib:

“Komandada Deniss, Qunter, Soren kimi futbolçular var. Bu futbolçularla istədiyimiz oyunu göstərə bilərik. Onlardan əlavə, Kaloqero və Nəzərov kimi texnikalı oyunçularımızı qeyd edərdim. FikrimcəBu heyətlə yaxşı nəticə əldə edə bilərik”.

“Aue” çempionatda 29 xalla 5-ci yerdədir.

Həmin kateqoriyadan