- Baxış sayı: 22
- 21 Aprel 2026 10:38
- Baxış sayı: 36
- May 11, 2026
- 0
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib. Bu barədə ölkə mətbuatına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.
O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.