“Anam viza və maliyyə problemləri üzündən Dünya Kubokuna gələ bilmədi”

Dünya Kubokunun ilk turunda Kabo-Verde millisi İspaniya futbolçuları ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, afrikalıların 40 yaşlı qapıçısı Vozinya göz yaşlarını saxlaya bilməməsinin səbəbini açıqlayıb:

“Oyundan sonra ağladım, çünki nənə və babamla böyümüşəm və onlar burada ola bilmədilər. Onlar bir neçə il əvvəl vəfat etdilər. Anam da viza problemləri və ödəməli olduğumuz pul səbəbindən gələ bilmədi. Vizalarımızı vaxtında ala bilmədik

Həyatda bu kimi anları yaşamaq üçün çox çalışırıq. İndi 40 yaşım var, amma 25 yaşıma qədər peşəkar futbolçu olmamışam. Bütün bu müddətin mükafatı budur.

18 yaşlı Vozinyaya özü ilə çox fəxr etməsini deyərdim. O, çox çalışdı. Düzünü desəm, uşaq vaxtı bunu heç vaxt xəyal etməmişdim, amma bu oyundan sonra gəncliyimə deyə bilərəm ki, bütün bunlara dəyərdi”.

Həmin kateqoriyadan