Ançelotti: “Santyaqo Bernabeu”nun qazonunda problem var

Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti “Santyaqo Bernabeu”nun ot örtüyündən narazıdır.

O, la liqada “Selta” ilə ev oyunundan (2:0) sonra bu haqda açıqlama verib. Mütəxəssis deyib:

“Düşünürəm ki, ətrafımızdakı atmosfer bizə çox kömək edir və əlimizdən gələnin ən yaxşısını yüz faiz göstərməyə imkan verir.

Qazonda problem var. Bunun üzərində işləyirlər. Ümid edirəm ki, problem həllini tapacaq. Davam edən işlərin otun keyfiyyətinə təsir etdiyi aydındır və bu, təəccüblü deyil. Biz dözməliyik”.

“Real” mayın 9-da çempionlar liqasının yarımfinal mərhələsində “Mançester Siti”ni qəbul edəcək.

Həmin kateqoriyadan