VİDEO
“Anderlext” azarkeşləri komandadan hesabat istədi

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ın qonağı olan Belçikanın “Anderlext” klubu meydandan 0:1 hesablı məğlubiyyətlə ayrıldı. Allsport.az xəbər verir ki, bu, Belçikadan gəlmiş bir qrup azarkeşin kəskin narazılığına səbəb olub.

Belə ki, matçın keçirildiyi Tofiq Bəhramov adına respublika stadionuna toplaşan belçikalı fanatlar komanda üzvlərindən, xüsusilə də kapitan və qapıçı Silvio Protodan haqq-hesab tələb ediblər. Həmin görüntüləri sizə təqdim edirik:

Həmin kateqoriyadan