- Baxış sayı: 61
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ın qonağı olan Belçikanın “Anderlext” klubu meydandan 0:1 hesablı məğlubiyyətlə ayrıldı. Allsport.az xəbər verir ki, bu, Belçikadan gəlmiş bir qrup azarkeşin kəskin narazılığına səbəb olub.
Belə ki, matçın keçirildiyi Tofiq Bəhramov adına respublika stadionuna toplaşan belçikalı fanatlar futbolçulardan haqq-hesab tələb ediblər. Yarıçılpaq azarkeşlərin belə gərginliyə səbəb olması polislərin gözündən yayınmayıb. Nətiəcədə asayiş keşikçiləri vaxtında məsələyə müdaxilə ediblər. Onlar qonaq komandanın fanatlarını dövrəyə alaraq xoşagəlməz hadisənin baş verməsinə imkan verməyiblər.