Anna Rizardinova: “Bakı tribunalarda çox emosional publika toplaşır”

“Zəriflik xanımı” – Ukraynanın məşhur bədii gimnastı Anna Rizatdinovanı belə adlandırırlar. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, idmançıya emosional cazibədarlıq, məlahət, xarizma, incəlik və hərəkətlərin harmoniyası xasdır. Bu, onun gimnastika xalçasında nümayiş etdirdiyi keyfiyyətlərin heç də tam siyahısı deyil.

Krımda doğulmuş bu 21 yaşlı qız Ukrayna millisinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil edəcək. Qara dənizlilər bu növü üzrə səkkiz lisenziya qazanıb. Bakı-2015-də medala iddialı olanlardan biri də Anna Rizardinovadır. O, Rusiya, Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan və İsraildən olan idmançıları özünün əsas rəqibləri sayır.

Müsahibəsində bildirib ki, indi o, bütün gücünü ilk Avropa Oyunlarına hazırlığa sərf edir: “Bu, möhtəşəm idman hadisəsidir. Biz hamımız – məşqçilər də, idmançılar da onu səbirsizliklə gözləyirik. Azərbaycanın paytaxtında keçirilən turnirlərdə iştirak etmək bizə çox xoşdur. Bizi Bakıda həmişə səmimi qarşılayırlar. Tribunalarda çox emosional publika toplaşır”.

Həmin kateqoriyadan